Hikmət Hacıyev şəhərlərimizin atəşə tutulmasından yazdı
Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanın bir neçə şəhərinin Ermənistan tərəfindən atəşə tutulduğunu açıqlayıb.
Sabah.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə öz tvitter hesabında məlumat verib.
“Ermənistsan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, və Beyləqan şəhərlərinin sıx məskunlaşmış ərazilərinə raket və mərmi atəşinə tutur. Barbarlıq və Vandalizm. Bu Ermənistanın hərbi-siyasi rəhbərliyinin təşviş içində olduğunu və zəifliyini göstərir”,-deyə Prezidentin köməkçisi qeyd edib.
Daha çox