“Ermənistan Mingəçevirə raket hücumu təşkil edib”

ÖLKƏ
22:30
4 Oktyabr 2020
689

Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinə raket hücumu təşkil edib.

Sabah.az xəbər verir ki, bu barədə  Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.

"Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir. Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil etdi. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası var. Çarəsizliyin barbar ifadəsi".

Xəbər lenti