Ermənilərin yaraladığı mülki şəxslərin sayı 111-ə çatdı - 24 ölü

XƏBƏR
15:58
4 Oktyabr 2020
270

Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son statistika açıqlanıb.

Baş Prokurorluqdan Sabah.az-a verilən məlumata görə, 27.09.2020-ci il tarixdən 04.10.2020-ci il saat 15:30-dək ermənilərin atəşkəsi pozması nəticəsində 24 mülki şəxs ölüb, 111 nəfər yaralanıb.

Bundan başqa 49 mülki obyektə, 248 yaşayış evinə ziyan dəyib.

Xəbər lenti