Türkiyə futbolunda üzücü hadisə - Oyun vaxtı infarkt keçirdi, öldü
Futbol üzrə Türkiyə Superliqasının 23-cü turunda keçirilən “Kasımpaşa” – “Dənizlispor” matçında məyusedici hadisə baş verib.
Sabah.az xəbər verir ki, matçın ikinci hissəsində (65-ci dəqiqə) oyunu tribunadan izləyən “Kasımpaşa”nın sabiq idman direktoru Nursal Bilgin infarkt keçirib.
O, meydana çıxan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Oyunun baş hakimi Atili Karaoğlan bu səbəbdən görüşü dayandırmalı olub. Təcili yardım maşını arenanı tərk edəndən sonra qarşılaşma davam etdirilib.
Nursal Bilginə xəstəxanada ürək masajı və süni tənəffüs verillib, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İstanbul təmsilçisi 22 və 83-cü dəqiqələrdə vurduğu qollarla Dənizli klubuna qalib gəlib.
Daha çox