Türkiyənin Səhiyyə naziri Oqtay Şirəliyevə zəng etdi - Koronavirusa görə
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevlə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca arasında telefon danışığı baş tutub.
Sabah.az xəbər verir ki, bu barədə F. Koca “Twitter”də yazıb.
“Azərbaycan Səhiyyə naziri, dostum Oqtay Şirəliyevlə telefonda danışdıq. Qonşu ölkələrdə mövcud olan koronovirusa qarşı mübarizə ilə bağlı Türkiyə və Azərbaycan olaraq, iki ölkə arasında görəcəyimiz tədbirlər haqqında müzakirələr apardıq”, - deyə türkiyəli nazir bildirib.
Daha çox