“Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir”

ÖLKƏ
16:11
3 Oktyabr 2020
342

“Şəxsi heyət çatışmazlığından əziyyət çəkən düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir”.

Sabah.az xəbər verir ki, bunu MN Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir. Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq.

Xəbər lenti