Bakıda ağır yol qəzası - Xəsarət alanlar var

HADİSƏ
00:16
25 Fevral 2020
86

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi Şəhər şossesində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Xasaylı Qalib Sahib oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Əliağa Akif oğlu xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Həkim müayinəsindən sonra Qalib Xasaylıya sağ diz oynağının əziyi, İsmayılov Əliağaya isə çanağın əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti