Orduya 6 milyondan çox yardım edilib

İQTİSADİYYAT
10:47
3 Oktyabr 2020
186

Azərbaycan  Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək 120.106.408,24 AZN, 218.680,68 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593,07 AZN və 5102.8 dollar vəsait daxil olub. Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Xəbər lenti