Rafiq Həşimov da AzTV-yə müavin təyin edildi

ÖLKƏ
23:57
24 Fevral 2020
1926

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədrinin yeni müavini təyin olunub.

Sabah.az Lent.az-a istinadən xəbər verir ki, Rəşad Nəsirov sədrin müavini vəzifəsindən azad olunub. Onun yerinə Əməkdar artist, tanınmış diktor Rafiq Həşimovun müavin təyin olunduğu bildirilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov faktı təsdiqləyib.

Qeyd edək ki, bu gün həmçinin gənc aparıcı Rüfət Həmzəyev də AzTV sədrinin müavini vəzifəsinə təyin olunub.

Xəbər lenti