Şəkidə 4 azyaşlını it dişlədi

HADİSƏ
23:34
24 Fevral 2020
37

Şəkidə rayonunda 4 nəfəri it dişləyib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Qırxbulaq kənd sakinləri - 2014-cü il təvəllüdlü Vüsal Nadir oğlu Hüseynov, 2011-ci il təvəllüdlü Adəm Polad oğlu Əlili, 2008-ci il təvəllüdlü Cəlal Cavanşir oğlu Əlifov və 2009-cu il təvəllüdlü Məhəmməd Fərid oğlu Kərimov it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Yaralılara xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Xəbər lenti