"Qarabağ" "Fənərbaxça"dan oyunçu almaq istəyir

İDMAN
17:37
31 Yanvar 2020
115

“Qarabağ” qış fasiləsində heyətini gücləndirmək üçün bir sıra futbolçularla danışıqları davam etdirir.

Sabah.az Qol.az-a istinadən xəbər verir ki, hazırda intensiv danışıqların aparıldığı oyunçular arasında “Fənərbaxça”nın yarımmüdafiəçisi Alper Potuk, “Rayo Valyekano”nun gənc yarımmüdafiəçisi Coni Montiel və bir sıra başqa əcnəbi oyunçu da var. Onlardan ən azı biri ilə bu gün razılığa gəlinəcəyi gözlənilir.

Qeyd edək ki, Alper Potuk və Montiel komandalarında əsas heyətə düşməkdə çətinlik çəkirlər. Onların "Qarabağ"a icarə qaydasında keçə biləcəyi ehtimalı var.

Xatırladaq ki, Avropada transfer pəncərəsi bu gün bağlanacağından klubu ilə müqaviləsi olan futbolçunun transferi məsələsi günün sonuna qədər həllini tapmalıdır.

 

Xəbər lenti