Ermənistan Gorusdan Azərbaycanı raket atəşinə tutdu - MN-dən sərt xəbərdarlıq

HADİSƏ
12:56
1 Oktyabr 2020
714

Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.

Xəbər lenti