Koronavirus daha bir ölkədə futbolu dayandırdı

İDMAN
21:55
24 Fevral 2020
110

Futbol üzrə Cənubi Koreya çempionatında ilk turun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

Sabah.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb koronavirus epidemiyasıdır. Cənubi Koreya çempionat fevralın 29-na start götürməli idi.

Qeyd edək ki, Cənubi Koreyada 700-dən çox insanda koronavirus aşkarlanıb. Artıq 7 nəfər bu səbəbdən vəfat edib.

Xatırladaq ki, bu virusa görə Çində bütün idman yarışları aprelə qədər dayandırılıb. İtaliya və digər bir sıra ölkələrdə də artıq bəzi oyunlar təxirə salınıb.

Xəbər lenti