2 məntəqədə nəticələr etibarsız sayıldı

XƏBƏR
21:41
24 Fevral 2020
25

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd Elşad İsrafilovun müraciətinə baxılıb.

Sabah.az xəbər verir ki, bununla bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib. O bildirib ki, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, digər namizədin xeyrinə səslərin artırıldığını iddia edib.

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 2 seçki məntəqəsində pozuntu halları aşkar edilib", - deyə T. Qasımov qeyd edib.

Həmin dairənin 7 və 32 saylı məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, sözügedən dairənin lideri Tahir Mirkişilidir.

Xəbər lenti