FIFA ermənilərin öldürdüyü Şəhriyarla bağlı başsağlığı verdi

İDMAN
13:45
30 Sentyabr 2020
252

FİFA azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olmasına görə AFFA-ya başsağlığı məktubu göndərib.

Sabah.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Məktubda bunların yazıldığı bildirilib:

“Şəhriyar Qurbanov xatirəsinə

Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik. Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.

Xatırladaq ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bacısı 2006-cı il təvəllüdlü Fidan Qurbanova da olmaqla digər 3 ailə üzvü ilə birgə həlak olmuşdu.

Xəbər lenti