Sərdar Cəlaloğlundan şikayət - Nəticələr ləğv olundu
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd Sərdar Məmmədovun (Cəlaloğlunun) müraciətinə baxılıb.
Sabah.az xəbər verir ki, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib. O bildirib ki, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib.
“Müraciətlə əlaqədar araşdırma aparılıb, şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 4 seçki məntəqəsində pozuntu halları aşkar edilib”, - deyə İ. Məmmədov qeyd edib.
Daha sonra həmin dairənin 10, 19,28 və 29 saylı məntəqələrinin üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, sözügedən dairənin lideri Ülvi Quliyevdir.
Daha çox