Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib

GÜNDƏM
08:36
30 Sentyabr 2020
108

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib

Bu barədə Sabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.

Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Xəbər lenti

17:45 26 Oktyabr 2020
16:24 26 Oktyabr 2020
16:03 26 Oktyabr 2020
12:12 26 Oktyabr 2020
10:18 26 Oktyabr 2020
10:10 26 Oktyabr 2020
09:00 26 Oktyabr 2020
12:59 24 Oktyabr 2020