Həyətdə toyuqlara yem verirdi, ermənilər öldürdü - Video+Fotolar

HADİSƏ
20:57
29 Sentyabr 2020
275

Cəbhədə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistan ordusu bu gün axşam saatlarında növbəti dəfə Tərtərin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Sabah.az "Qafqazinfo"ya istinadən verir ki, atəş nəticəsində rayonun Üzeyir Hacıbəyov küçəsinin sakini, 1959-cu il təvəllüdlü Mehdiyeva Ayna Məhəmmədəli qızı həlak olub.

Qonşularının verdiyi məlumata görə, Ayna Mehdiyeva Tərtər rayon Mərkəzi Xəstəxanasında xadimə işləyib. Mərhumun yaşadığı evin həyətinə mərmi düşən zaman o, həyətdə toyuqlara yem verirmiş. Ayna Mehdiyeva ailə həyatı qurmayıb, həmin ünvanda bacısı ilə yaşayırdı.

Xəbər lenti