Nigar Arpadarainin dairəsində 1 məntəqə etibarsız sayıldı

XƏBƏR
19:59
24 Fevral 2020
28

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd Elçin Rəhimov və digərlərinin müraciətinə baxılıb.

Sabah.az xəbər verir ki, bu barədə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. O Bildirib ki, namizədlər müraciətində səsvermə günü bütün seçki məntəqlərində qanun pozuntularının olduğunu iddia edib.

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib", - deyə B. Əsgərov bildirib.

Həmin dairənin 23 saylı məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, sözügedən dairənin lideri Nigar Arpadaraidir.

Xəbər lenti