“Deyirlər ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir”
“Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir. Amma bunun heç bir əsası yoxdur”.
Sabah.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, bu kimi fikirlər heç də doğru deyil: “Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir”.
Daha çox