Noyabra kimi həftəsonları ictimai nəqliyyat işləməyəcək

ÖLKƏ
17:20
28 Sentyabr 2020
126

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin noyabrın 2-sinə qədər uzadılması barədə qərar qəbul edilib.

Sabah.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərar həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına da şamil edilib.

Belə ki, 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Xəbər lenti