Xəzərdə daha bir ölüm - Qadın boğuldu

HADİSƏ
18:40
24 Fevral 2020
38

Abşeronda 64 yaşlı qadın dənizdə batıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Görədil kəndində 1 nəfərin meyitinin dənizdən çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Rzayeva Əminə Teyyub qızının meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti