“Mayis Bərxudarovla bağlı yaydıqları yalanın məqsədi öz cəmiyyətlərində təşvişi azaltmaqdır”
12:45
28 Sentyabr 2020
341“General Mayis Bərxudarovla bağlı Ermənistan tərəfindən yayılan yalanların məqsədi öz cəmiyyətlərində təşvişi azaltmaqdır”.
Sabah.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan generalları ordumuzun rəhbərliyində öz döyüş əməliyyatlarını davam etdirirlər:
“Ermənilərin yalan məlumatları ifşa olunur. Eyni zamanda xarici media nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub. Burada Rusiya, Türkiyə və digər media resurslarının nümayəndələri var. “Əl-Cəzirə” telekanalının nümayəndələri də ölkəmizdə səfərdədir. Onlara Ermənistanın təxribatları ilə bağlı məlumat veriləcək ki, beynəlxalq ictimaiyyətə tam dolğun informasiya ötürülsün”.
Daha çox