Nəsirovun dairəsində 2 məntəqə nəzarətə götürüldü

XƏBƏR
18:28
24 Fevral 2020
85

68 saylı Cəlilabad kənd seçki dairəsinin 9 və 25 saylı məntəqələrinin seçki komissiyaları ilə bağlı ölçü götürüləcək.

Sabah.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədri Məzahir Pənahov məlumat verib. O, həmin məntəqə seçki komissiyalarının hər ikisinin də ciddi nəzarətə götürüldüyünü deyib.

“Onlar barədə ciddi tədbir görüləcək. Hər pozuntunun özünün adekvat cavabı olacaq. Həmin məntəqələr barədə daxil olan müraciətlər ciddi şəkildə araşdırılır”, - deyə M. Pənahov bildirib.

Qeyd edək ki, sözügedən dairənin lideri Elman Nəsirovdur.

Xəbər lenti