Ceyhun Bayramovla Lavrov telefonda danışıb

XƏBƏR
19:16
27 Sentyabr 2020
127

Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı ilə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, cari ilin 27 sentyabr tarixində qarşı tərəfinin təşəbbüsü əsasında Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Rusiya Xarici İşlər naziri bölgədə mövcud olan vəziyyət ilə əlaqədar narahatlığını ifadə edib və atəşkəsin bərpa olunmasının vacibliyini qeyd edib.

Nazir Ceyhun Bayramov bu ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını qeyd edib və bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirib.

Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyi qeyd olunub.

Xəbər lenti