Hərbi vəziyyət elan edilən yerlərdə icazələri bu qurumlar verəcək
18:52
27 Sentyabr 2020
184Xəbər verdiyimiz kimi, Bakı, Gəncə, Sumqayıt, Abşeron, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax inzibati vahidlərində saat 21:00-dan 6:00-dək hərbi vəziyyət elan olunur və küçəyə çıxmaq qadağa olunur.
Sabah.az xəbər verir ki, Prezident köməkçisi Hikmət Hacıyev məlumat verib ki, sözügedən yerlərdə müvafiq icazələrin alınması ASAN xidmət və Daxili İşlər Nazirliyi vasitəsilə aparılacaq.
İcazələr elektron icazə formatında həyata keçiriləcək.
Daha çox