Ermənilərin atdığı mərmilərin düşdüyü evlər - Fotolar

XƏBƏR
18:25
27 Sentyabr 2020
124

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ermənilər dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmaqdan çəkinmirlər.

Belə ki, düşmənin atdığı mərmilərdən biri Tərtərin Qaynaq kəndində yaşayış evinə düşüb. Daha bir mərmi isə rayonun Axundov küçəsindəki evi yandırıb.

Xəbər lenti