“Düşmən yerinə otuzdurulur” - Hikmət Hacıyev

XƏBƏR
15:18
27 Sentyabr 2020
130

“Ermənistan silahlı bölmələri mülki əhalini, kəndləri atəşə tutdular, mülki əhalini bir daha hədəfə aldılar. Azərbaycanın mülki əhalisi arasında xəsarət alanlar var. Prokurorluq bu barədə araşdırma aparır, dəymiş zərər qiymətləndirilir”.

Sabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:

“Erməni təxribatının qarşısının alınması üçün əks hücum tədbirləri həyata keçirilir, düşmənin atəşinin qarşısı uğurla alınır və düşmən yerinə otuzdurulur. Bu əməliyyatların təfərrüatı barədə ola bilər ki, hərbi sirr olduğu üçün indi tam təfsilatı ilə məlumat verilmir. Amma Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Ermənistanın cinayətlərinin qarşısını almaq üçün öz rəşadətli missiyasını həyata keçirir.

Bu da torpaqlarımızın işğaldan azad edilməsidir. Bu gün səfərbərlik əhval-ruhiyyəsi hamını sevindirir. Düşməni də qorxudan budur. Beynəlxalq ictimaiyyətə də Ermənistanın təxribatları barədə məlumat verilib. Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır”.

Xəbər lenti