Maskaların qiymətinin qalxmasına nazirlikdən reaksiya

GÜNDƏM
16:50
24 Fevral 2020
94

İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib.

Sabah.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib: "Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək".

Xəbər lenti