Əli Əsədovdan həmkarına başsağlığı

ÖLKƏ
16:01
26 Sentyabr 2020
99

Baş Nazir Əli Əsədov Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.

Sabah.az xəbər verir ki, məktubda deyilir:

“Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Qeyd ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 26 nəfər həlak olub.

Xəbər lenti