Rezidenturaya qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq

XƏBƏR
14:54
26 Sentyabr 2020
46

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Sabah.az-a verilən məlumata görə, ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılıb.

İxtisas seçimi etmək hüququ olan 460 namizəddən 456 nəfəri (Azərbaycan bölməsi - 424; rus bölməsi – 32) öz ərizəsini təsdiqləyib.

Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.

Xəbər lenti