Ceyhun Bayramov Ukrayna xalqına başsağlığı verdi

GÜNDƏM
14:15
26 Sentyabr 2020
143

Xarici işlər naziri Ceyhun Bayramov Ukraynada hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib.

Sabah.az xəbər verir ki, o, bu barədə öz tvitter səhifəsində yazıb.

"Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar dərindən təəssüflənirik. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik. Yaralılara tezliklə sağalmalarını arzulayırıq. Ukraya hökumətinə və xalqına dəstək və həmrəyliyimizi ifadə edirik", - nazir yazıb.

Qeyd ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.

Xəbər lenti