Nazirlik xaricdə təhsil alan tələbələrə müraciət etdi

XƏBƏR
13:02
25 Sentyabr 2020
113

Təhsil Nazirliyi xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan vətəndaşlara müraciət edib.

Sabah.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ali təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb və tələbələrin dərslərdə fiziki olaraq iştirak etmədən təhsillərini davam etdirmələrinə şərait yaradılıb.    

Mövcud vəziyyətlə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın tətbiqi zamanı “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunan rəsmi məlumat əsasında sözügedən məqam nəzərə alınacaq.

Eyni zamanda vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin  (www.tkta.edu.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələri ilə tanış olmaları tövsiyə edilib.

Xəbər lenti