“Zeynal Nağdəliyevlə tanış deyiləm”- Erkin Qədirli

ÖLKƏ
15:32
24 Fevral 2020
205

"Prezident Administrasiyasının bir neçə yüksək rütbəli şəxsini şəxsən tanıyıram”.

Sabah.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü Erkin Qədirli deyib. O, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevlə görüşmədiyini bildirib:

"Yazırlar ki, guya mən seçki dönəmində Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevlə görüşmüşəm, səçilmə şərtlərimi onunla danışmışam. Mən Prezident Administrasiyasının bir neçə yüksək rütbəli şəxsini şəxsən tanıyıram: Administrasiyanın rəhbəri Samir Nuriyevi (məktəb illərindən, bizim məktəbi bitirib), Administrasiyanın şöbə müdirlərini - Şahin Əliyevi (müəllimim olub), Fuad Ələsgərovu (onunla çoxdan və yaxşı tanışam, axırıncı dəfə 10 il bundan öncə görüşmüşəm), Gündüz Kərimovu və Səadət Yusifovanı (tələbəliklərindən tanıyıram), Hikmət Hacıyevi (tələbəm olub), Prezident köməkçisi Anar Ələkbərovu da tanıyıram. Heç birisilə son illərdə nə görüşmüşəm, nə də danışmışam. Zeynal Nağdəliyevlə isə ümumiyyətlə tanış deyiləm.

İndi bu cəbhəçilər götürüb şəxsi tanışlığım olmayan Zeynal Nağdəliyevlə görüşdüyümü, onunla anlaşdığımı yazırlar. Yazdıqlarının yalan olduğu bir yana, hələ məndən izahat da istəyirlər. Nə isə, deyiləsi deyil”.

Xəbər lenti