Avtomobilini yol ayırıcısına vuran sürücü öldü

HADİSƏ
15:28
24 Fevral 2020
54

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 23-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Orxan Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti