İlham Əliyev ona Prezident təqaüdü ayırdı

ÖLKƏ
16:53
24 Sentyabr 2020
208

Azərbaycan Prezidenti İlham Əliyev kafedra müdiri ilə bağlı sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Qeyd edək ki, Ə.Həsənov sözügedən universitetdə kafedra müdiridir.

Xəbər lenti