“Əsassız xəbərlər koronavirusdan daha təhlükəlidir” – ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirib.
Sabah.az xəbər verir ki, ÜST saxta xəbərlərə etibar etməməyi, xəbərləri yalnız Azərbaycandakı rəsmi qurumlardan və qurumun sosial şəbəkələrdəki səhifələrindən oxumağı məsləhət görüb.
Qeyd olunub ki, yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir: "Hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatı aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq".
Hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirləri görmək vacibdir:
- Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək;
- Əlləri tez-tez yumaq, xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra;
Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər bu qaydalara riayət etməlidir:
- Öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu təkistifadəlik dəsmal və ya dirsək bükümü ilə bağlamaq;
ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir. Səfərdən öncə, ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, səfər edən şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.
Daha çox