Eldar Həsənov həbsdə qaldı

ÖLKƏ
12:55
22 Sentyabr 2020
114

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın sabiq baş prokuroru, hazırda həbsdə olan Eldar Həsənovun məhkəməsi keçirilib.

Sabah.az xəbər verir ki, E.Həsənovun girov müqabilində ev dustaqlığına buraxılmaq üçün etdiyi müraciəti hakim Rəşad Abdulov təmin etməyib, o, həbsdə qalıb.

Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Avqustun 14-də Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Həsənov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham təqsirləndirilir.

E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.

Xəbər lenti