Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi

ÖLKƏ
12:20
22 Sentyabr 2020
250

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin keçmiş rəisi Pərvin Mirzəzadəyə yeni vəzifə verilib.

Sabah.az xəbər verir ki, bu barədə “Report”a XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə P.Mirzəzadə xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.

Qeyd edək ki, Pərvin Mirzəzadə mərhum Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin oğludur.

Xəbər lenti