Metroda problem yarandı
Bakı Metropolitenində qatarların hərəkətində gecikmələr yaranıb.
Sabah.az xəbər verir ki, bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, “N. Nərimanov”- “Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş vermiş nasazlığa görə hazırda Metropoliten xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur:
"Bəzi qatarlar arasında intervaldan əlavə olaraq 2-3 dəqiqə gecikmə müşahidə olunur”.
B. Məmmədov həmçinin bildirib ki, bəzi qatarlar isə qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edir.
Daha çox