Fəhləni “tok” vurub öldürdü
Sentyabrın 18-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində Kənan Ağayev elektrik cərəyanı vurması nəticəsində ölüb.
Sabah.az xəbər verir ki, şəhər prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaqla “Azərenerji” ASC-nin Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsinin həyətində fəhlə işləyən Kənan Ağayevin perforator ilə sığınacaqda təmir işləri görən zaman elektrik cərəyanının təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Daha çox