25 yaşlı oğlan ov tüfəngindən açılan atəş nəticəsində öldü

HADİSƏ
11:55
19 Sentyabr 2020
106

Ağdaş rayonunda odlu silahla ölüm hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenicə kəndindəki mal-qara fermasında baş verib.

Ləki qəsəbə sakini, 1995-ci il təvəllüdlü Süleymanzadə Nicat Bahadur oğlu ov tüfəngindən açılan atəş nəticəsində başından güllə yarası alıb.

O, hadisə yerində ölüb. N.Süleymanzadənin özünə qəsd etdiyi ehtimal olunur.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.