Qayınata kürəkənini bıçaqladı

ÖLKƏ
09:19
19 Sentyabr 2020
73

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, insident rayonun Qovlarsarı kəndində yaşanıb.

Belə ki, münaqişə zəminində kürəkən - 28 yaşlı Həsənov Vüqar Bəhruz oğlu qayınatası Rəfael Ələkbərov tərəfindən bıçaqlanıb.

Məlumata görə, hadisə onlar arasında yaranan mübahisədən sonra baş verib. Həsənov Vüqar sərxoş vəziyyətdə qayınatasıgilə gəlib. Bu zaman onların arasında söz-söhbət olub. Nəticədə Rəfael Ələkbərov kürəkəninə 2 bıçaq zərbəsi vurub.

Kürəkənini bıçaqlayan qayınata - Rəfael Ələkbərov saxlanılıb.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti