Tofiq Yaqublu ev dustaqlığına buraxıldı - Yenilənib

GÜNDƏM
16:24
18 Sentyabr 2020
78

Həbsdə olan və məhkəmənin hökmünə etiraz olaraq iki həftədən çoxdur aclıq aksiyası keçirən Tofiq Yaqublunun azadlığa buraxılması üçün məhkəməyə müraciət olunub.

Sabah.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O bildirib ki, Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq, onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verib.

Onun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə sentyabrın 28-də baxılacaq.

***

Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə bu gün saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

***

Bakı Apelyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib.

Hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb.

Xəbər lenti