Eldar Həsənovun məhkəməsi keçirildi - Yenilənib

GÜNDƏM
16:35
18 Sentyabr 2020
152

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın sabiq baş prokuroru, hazırda həbsdə olan Eldar Həsənovun məhkəməsi keçiriləcək.

Sabah.az xəbər verir ki, E.Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan apelyasiya şikayəti verib.

Onun şikayəti Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun icraatına verilib.

Şikayətə bu gün baxılacaq.

Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Avqustun 14-də Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun girov müqabilində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxılıb. Məhkəmə onun müdafiəçisinin verdiyi vəsatəti təmin etməyib.

E.Həsənov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham təqsirləndirilir.

E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.

***

Prosesdə şikayətin dəlilləri araşdırılıb, növbəti məhkəmə sentyabrın 22-ə təyin edilib.

Xəbər lenti