Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum oldu - Yenilənib
Məhkəmənin hökmünə etiraz olaraq 15 gündən çoxdur aclıq aksiyası keçirən müsavatçı Tofiq Yaqublunun apelyasiya şikayəti aidiyyatı instansiyaya göndərilib.
Sabah.az xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, T.Yaqublu barəsindəki hökmdən Nizami rayon məhkəməsinə verilən apelyasiya şikayəti bu gün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
E.Sadıqov əlavə edib ki, T.Yaqublunun səhhəti nəzərə alınaraq, məhkəmə prosesi sabaha təyin edilə bilər.
***
Tofiq Yaqublunun apelyasiya məhkəməsi sentyabrın 28-i saat 15-ə təyin olunub.
Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.
Daha çox