İxtisas seçimi edən abituriyentlərin sayı açıqlandı

XƏBƏR
15:40
17 Sentyabr 2020
216

Dövlət İmtahan Mərkəzi ixtisas seçimi edən abituriyentlərin sayını açıqlayıb.

Sabah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin feysbuk səhifəsində canlı yayımda Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, bu saata qədər I qrup ixtisas qrupu üzrə 13287, II qrup üzrə 9104, III qrup üzrə 13434, IV ixtisas qrupu üzrə 3303, V qrupda isə 15 mindən çox abituriyent seçim edib.

O qeyd edib ki, ixtisas seçimi sentyabrın 20-dək davam edəcək.

Xəbər lenti