Qurban Məmmədov İngiltərədə tapıldı

GÜNDƏM
13:19
17 Sentyabr 2020
203

Türkiyədə saxlanıldığı bildirilən Qurban Məmmədov İngiltərəyə yola salınıb.

Sabah.az xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.

O bildirib ki, Q.Məmmədov artıq İngiltərədədir və evinə getmək üçün yoldadır: “Əlavə narahatlığa ehtiyac yoxdur, Türkiyə ilə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, bir neçə saat əvvəl Qoşqar Məmmədov atası Qurban Məmmədovun Türkiyədə saxlanıldığı haqda məlumat yaymışdı.

Xatırladaq ki, Azərbaycan Q.Məmmədovu beynəlxalq axtarışa verib.

Xəbər lenti