İş yerində əri tərəfindən bıçaqlanan qadın öldü
Sentyabrın 8-də Mingəçevirdə aptekdə əri tərəfindən bıçaqlanan qadın bu gün xəstəxanada dünyasını dəyişib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü, şəhər sakini Könül Mirzəyevanın həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gecə saatlarında dünyasını dəyişib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.
Daha çox