Bakıda 83 yaşlı kişi arvadını bıçaqladı

HADİSƏ
10:00
24 Fevral 2020
38

Bakıda 83 yaşlı kişi arvadını bıçaqlayıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Qızıl Şərq küçəsində qeydə alınıb.

Şəhər sakini, 1937-cü il təvəllüdlü H. Hacıyev həyat yoldaşı, 1945-ci il təvəllüdlü S. Hacıyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən H. Hacıyev saxlanılıb, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti